Apple-ın bu funksiyası pullu ola bilər
    • Bu gün, 17:21
    • 76

Apple-ın bu funksiyası pullu ola bilər

Apple bu ilin sonuna yaxın bəzi cihazlarında təqdim edəcəyi süni intellekt sistemi olan Apple Intelligence-i istifadəyə verməyi planlaşdırır.

News24.az xəbər verir ki, iyun ayında elan edilən bu süni intellekt sistemi avtomatik e-poçt və təsvirin yaradılması kimi funksiyalar, həmçinin Siri-də təkmilləşdirmələr vəd edir.

Bu funksiyaların mərhələli şəkildə təklif ediləcəyi, Çin və Avropa kimi regionların ilkin olaraq giriş əldə etməyəcəyi qeyd edilib.

CNBC-yə danışan analitiklərin fikrincə, Apple-ın daha təkmil tətbiqlər üçün abunə haqqı tələb edə biləcəyi irəli sürülüb.

Counterpoint Research analitikləri süni intellektə investisiyanın baha başa gəldiyini və Apple-ın bu xərcləri öz istifadəçilərinə ötürəcəyini bildiriblər.

“Proqram təminatı və xidmətlər Apple-ın bunu Apple One abunə modeli vasitəsilə təkmilləşdirməsini daha gəlirli edir” analitiklər deyib.

Qeyd edək ki, ayda 19,95 dollar olan Apple One istifadəçilərə Apple Music daxil olmaqla müxtəlif Apple xidmətlərindən istifadə imkanı verir.

Analitiklər qeyd ediblər ki, Apple premium süni intellekt funksiyaları üçün Apple One paketinin bir hissəsi kimi Apple Intelligence-ə daxil olmaq üçün 10-20 dollar tələb edə bilər.

Günel Məlikzadə