Qarşısında yıxıldığı marketi məhkəməyə verdi: 11 min təzminat...
    • 21-10-2024, 18:20
    • 543

Qarşısında yıxıldığı marketi məhkəməyə verdi: 11 min təzminat...

Yaroslavl sakini mağaza yaxınlığında buzun üzərinə yıxıldığı üçün məhkəməyə müraciət edib.

News24.az xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hadisə 2023-cü ilin fevralında baş verib. 57 yaşlı qadın Kirov rayonunda supermarketlərdən birinin girişində sürüşüb. Yıxıldıqdan sonra zərərçəkmiş özü ayağa qalxa bilməyib. O, çoxsaylı sınıqlar alıb və təcili yardım maşını ilə xəstəxanaya gedib.

“Qadın uzun müddət müstəqil hərəkət edə bilməyib, 9 ay müalicə olunub, bir sıra əməliyyatlar keçirib, işləyə bilməyib”, - şöbədən bildirilib.

Məhkəmə işə baxarkən belə qənaətə gəlib ki, zərərçəkmiş mağaza qar və buzun təmizlənməsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün yıxılıb.

Prokurorun rəyini, habelə alınan xəsarətlərin ağırlığını nəzərə alaraq, məhkəmə şirkətə zərərçəkmişə 600 min rubl(təxminən 11 min azn) ödəməyi əmr edib.

Məryəm İlhamqızı