İkardinin məqsədi görün nə imiş?
    • 22-10-2024, 19:11
    • 383

İkardinin məqsədi görün nə imiş?

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi "Qalatasaray" tarixinin ən çox qol vuran əcnəbi futbolçusu olmağı hədəfləyir.

News24.az xəbər verir ki, İspaniyanın dünyaca məşhur klubu “Barselona”nın infrastrukturunda məşq etdikdən sonra “Sampdoriya”, “İnter” və “Paris Sen-Jermen” kimi klublarda forma geyinən İkardi 2022-2023 mövsümündən əvvəl “Qalatasaray”a transfer olunub.

"Sarı-qırmızılar"a transfer olunana qədər 344 rəsmi matçda forma geyinən İkardi 173 dəfə fərqlənib. Ulduz mərkəz hücumçusu "İnter" forması ilə 2014-2015 və 2017-2018 mövsümlərində İtaliya Liqasının bombardiri olub.

PSJ-də geriləyən karyerasında “Qalatasaray”la yolları kəsişən İkardi sarı-qırmızılı komandada sözün əsl mənasında küllərindən yenidən doğulub.

"Qalatasaray"dakı ilk mövsümündə 24 Super Liqa matçında 22 qol vuran argentinalı mərkəz hücumçusu Türkiyə kubokunda 2 matçda da 1 qol vurub.

İlk mövsümündəki çıxışı ilə çempionatda ən böyük paylardan birinə sahib olan İkardi azarkeşlərin ən çox sevdiyi futbolçu olub.

Günel Məlikzadə