-
- 22-10-2024, 19:56
- 220
Velosipedlə 40 ilə 80 ölkə gəzdi
İranın paytaxtı Tehran yaxınlığında yaşayan Rəhmətullah Azad gənc yaşlarında dünyada baş verən zülmə, ədalətsizliyə, müharibələrə diqqət çəkmək üçün velosiped sürməyə qərar verib.
News24.az xəbər verir ki, Azad 40 ildir ki, pedal çevirib və Afrika, Avropa və Asiyanın 80 ölkəsində olub.
Barış mesajı verən və getdiyi yerdə insanlarla bir araya gələn Azad bu yaxınlarda Türkiyə turu təşkil etmək üçün yenidən yola düşüb.
Azad dünyada haqsızlıq olduğunu, insanların əziyyət çəkdiyini görəndə çox üzüldüyünü, bu səbəbdən də velosipedi ilə ölkələri gəzdiyini, vicdanlı insanlara sülh mesajı verdiyini bildirib.
Təxminən 10 ildən bir velosipedini dəyişdiyini ifadə edən Azad, "İmanım və iradəm var, Allah məni qorusun".
Velosipedçi deyib ki, axşamlar yanacaqdoldurma məntəqələrində, ibadət otaqlarında, düşərgə çadırlarında yatır:
"40 ildir dünyanı gəzirəm. 80 ölkə üçün minlərlə kilometr velosiped sürdüm. 60 yaşım var və heç vaxt xəstəxanaya getməmişəm".
Günel Məlikzadə