-
- 22-10-2024, 21:14
- 278
Sörfçünün həvəsi ona baha başa gəldi - DƏHŞƏTLİ ÖLÜM
İtaliyalı sörfçü Giulia Manfrini sörfinq edərkən sinəsinə qılınc balığının ilişməsi nəticəsində dünyasını dəyişib.
News24.az xəbər verir ki, Manfrini İndoneziyanın Qərbi Sumatra sahillərində sörfinqlə məşğul olarkən qılınc balığı onun sinəsini deşib.
Yerli hakimiyyət orqanları öz açıqlamalarında Manfrinin bütün müdaxilələrə baxmayaraq həyatını itirdiyini bildiriblər.
Həm sörf təlimatçısı, həm də AWAVE sörf səyahət agentliyinin qurucusu olan Manfri haqqında sosial mediada başsağlığı mesajları paylaşılıb. AWAVE-dən verilən açıqlamada, “Giulia İndoneziyada sörfinqlə məşğul idi və qəribə bir qəza keçirdi. Təəssüf ki, həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Biz inanırıq ki, o, sevdiyi yerdə, sevdiyi işlə məşğul olaraq vəfat edib".
Günel Məlikzadə