Pişiklər sözləri şəkillərlə əlaqələndirə bilirlər? - ARAŞDIRMA
    • 22-10-2024, 23:34
    • 222

Pişiklər sözləri şəkillərlə əlaqələndirə bilirlər? - ARAŞDIRMA

Yaponiyanın Azabu Universitetinin tədqiqatçıları 31 yetkin ev pişiyi ilə pişiklərin şəkilləri təsadüfi sözlərlə əlaqələndirə bilib-bilmədiyini öyrənmək üçün araşdırma aparıblar. 

News24.az xəbər verir ki, tədqiqat Scientific Reports jurnalında dərc olunub.

Təcrübədə pişiklərə körpələrin dil inkişafı araşdırmalarında istifadə edilən test tətbiq edilib. Pişiklərə "keraru" və "parumo" kimi iki mənasız sözlə əlaqəli qısa animasiyalar göstərilib. Bu vaxt mexaniki səs sözləri deyərkən ekranda günəşin və ya onlarla əlaqəli buludların təsvirləri peyda olub.

Fasilədən sonra pişiklər yenidən ekrana gətirilib. Lakin bu dəfə sözlərlə qoşalaşmış şəkillər əvəzlənib. Alimlər pişiklərin reaksiyalarını diqqətlə araşdırıb və qeyd ediblər ki, pişiklər ilk dəfə olduğundan daha uzun müddət ekrana baxıb və göz bəbəkləri genişlənib.

Tədqiqatçıların fikrincə, pişiklərin bu davranışı onların eşitdikləri sözlərlə təsvirlər arasında mükafat və ya təlim olmadan əlaqə qurduğunu göstərib. Üstəlik, bu əlaqənin körpələrə nisbətən daha tez qurulduğu vurğulanıb.

Məryəm İlhamqızı