"Oğlum 4 yaşlı bacısına..." - ŞOK
    • 22-10-2024, 18:00
    • 1 005

"Oğlum 4 yaşlı bacısına..." - ŞOK

Sankt-Peterburq sakini, anası onu bacısına qarşı zorakılıqda ittiham etdikdən sonra saxlanılıb. 

News24.az xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.

Hadisə Vıborq rayon sakininin dörd yaşlı qızı ilə klinikaya getməsindən sonra məlum olub. Rus qadın qızın cinsi istismara məruz qala biləcəyindən şübhələnib. Lakin həkimlər müvafiq xəsarət aşkar etməyiblər.

"Həkim heç bir patoloji aşkar etməyib, lakin ziyarət barədə polisə məlumat verilib", - nəşr yazıb.

Həmin gün qadın özü polisə müraciət edib. Onun sözlərinə görə, 20 yaşlı oğlan kiçik bacısına sataşıb.

Faktla bağlı cinayət işi başlanıb. Hazırda gənc saxlanılıb.

Məryəm İlhamqızı