7 bal gücündə zəlzələ... - Türkiyəyə QORXULU XƏBƏRDARLIQ
    • 23-10-2024, 07:22
    • 1 425

7 bal gücündə zəlzələ... - Türkiyəyə QORXULU XƏBƏRDARLIQ


İstanbul Texniki Universitetindən Prof. Dr. Oğuz Cem Çelik Tekirdağla bağlı narahatedici açıqlamalar verib.

Publika.az xəbər verir ki, bu barədə "Burdur Qəzeti" məlumat yayıb.

Zəlzələnin qaçınılmaz olduğunu vurğulayan Çelik, mövcud bina ehtiyatına diqqət çəkərək tədbirlərin görülməsinin lazım olduğunu bildirib.

1912-ci ildə Şarköydə böyük bir zəlzələ baş verdi və indi Mərmərə dənizində, çox yaxın bir fay xəttində 7 baldan yuxarı zəlzələnin olacağı gözlənilir. Tekirdağın mövcud bina fondu bu zəlzələ üçün hazır deyil", - Dr. Çelik bildirib