-
- 23-10-2024, 11:07
- 277
İsrail: Nəsrullahın varisini öldürdük
İsrailin Livana hücumları davam edir.
News24.az NTV-yə istinadən xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada Hizbullah baş katibinin müavini və Həsən Nəsrullahın varisi olaraq görülən Haşim Safiyuddinin oktyabrın 4-də paytaxt Beyrutun cənubundakı Dahiyəyə təşkil edilən hava hücumunda öldürüldüyü iddia edilib.
Açıqlamada eyni hücumda Hisbullahın kəşfiyyat bölməsinin rəhbəri Hüseyn Əli Həzimənin də öldürüldüyü, hücum zamanı aralarında yüksək səviyyəli Hizbullah komandirlərinin də olduğu 25-dən çox Hizbullah üzvünün qərargahda olduğu bildirilib.
Qeyd edək ki, Hizbullah hələ də Səfiyuddinlə bağlı açıqlama verməyib. Həsən Nəsrullah sentyabrın 27-də Dahiyədə İsrailin hava hücumunda öldürüldükdən sonra liderlik üçün Haşim Safiyuddinin adı gündəmə gəlib.
Günel Məlikzadə