-
- 12-06-2024, 11:27
- 279
İsrail Hizbullah komandirini öldürdü
Hizbullah İsrailin hücumları nəticəsində dəyən itkilərlə bağlı açıqlama verib.
News24.az xəbər verir ki, açıqlamada titulu "komandir" olaraq istifadə edilən Talib Sami Abdullahın, eləcə də Məhəmməd Hüseyn Sabra, Əli Səlim Sufan və Hüseyn Kasım Həmidin həyatını itirdiyi bildirilib.
Livan yerli mətbuatında yer alan xəbərlərdə Abdullahın 1969-cu ildə Livanın cənubundakı Ədşit kəndində və Hizbullahın cənub bölgəsində aparıcı səhra komandirlərindən biri olduğu bildirilib.
İsrailin gecə saatlarında sərhəddən təqribən 15 kilometr uzaqlıqdakı Cuvaya kəndinə həyata keçirdiyi hava hücumunda Abdullah və digər Hizbullah üzvlərinin həlak olduğu qeyd edilib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən etibarən İsrail ordusu ilə sərhəd xətti arasında baş verən qarşıdurmalarda ölən Hizbullah üzvlərinin sayı 339-a yüksəlib.
Günel Məlikzadə