Hava limanlarında xəbərdarlıq: Təhlükəsizlik artırılır
    • 24-10-2024, 13:14
    • 650

Hava limanlarında xəbərdarlıq: Təhlükəsizlik artırılır

TAİ-də törədilən te*ror aktından sonra Türkiyənin bütün hava limanlarında baş verə biləcək te*ror aktlarına qarşı tədbir görülüb.

News24.az xəbər verir ki, Mülki Aviasiya Baş İdarəsinin təlimatı ilə Türkiyənin bütün hava limanlarında narıncı xəbərdarlıq elan edilib.

Hava limanlarında təhlükəsizlik komissiyaları fövqəladə iclas keçirərək narıncı həyəcan qərarını təhlükəsizlik bölmələrinə rəsmi şəkildə çatdırıb.

Qərar nəticəsində hava limanlarında təhlükəsizlik tədbirləri artırılıb.

Qeyd edək ki, qərardan sonra Sabiha Gökçen və İstanbul hava limanının giriş-çıxışında ehtiyat tədbirləri gücləndirilib.

Hava limanlarına daxil olan və çıxan avtomobillərdə axtarış aparılarkən, sərnişinlərin şəxsiyyəti yoxlanılır.

Sabiha Gökçen Hava Limanından təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı verilən açıqlamada deyilir: 

“Sərnişinlərimizin nəzərinə, vaxt itkisinə yol verməmək üçün sərnişinlərimizin uçuşlarından ən az üç saat əvvəl terminala gəlmələri tövsiyə olunur".

Günel Məlikzadə