"Mənfur hücum mübarizə əzmimizi gücləndirdi"
    • 24-10-2024, 19:56
    • 228

"Mənfur hücum mübarizə əzmimizi gücləndirdi"

Bu gün Rusiya Federasiyasının tabeliyində olan Tatarıstanın paytaxtı Kazanda keçirilən BRİKS sammitinin sonuncu iclası keçirilir.

News24.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitin son günündə çıxış edib.

Ərdoğan TAİ-də baş verən te*ror aktına toxunaraq deyib:

"Ankarada baş verən te*ror aktına görə başsağlığı verən dostlarıma təşəkkür edirəm. Bu alçaq hücum Türkiyənin te*roru aradan qaldırmaq əzmini daha da gücləndirdi".

Ərdoğan həmçinin "BRICS-in iqtisadi artıma xidmət edərək daha ədalətli qlobal nizamın qurulmasına bənzərsiz töhfələr verdiyinə inanırıq" dedi.

Digər tərəfdən o, İsrailin aqressiv rəftarı başda hüquq və vicdan olmaqla bütün sərhədləri aşdığını, İsrailin Qəzzada soyqırım törətdiyini bildirib.

Günel Məlikzadə