-
- 9-05-2024, 17:03
- 292
Ərdoğan braziliyalı həmkarı ilə görüşdü
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə telefonla danışıb.
News24.az xəbər verir ki, görüşdə Türkiyə ilə Braziliya arasında ikitərəfli əlaqələr, qlobal və regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan, İsrailin Fələstin torpaqlarında törətdiyi vəhşiliyə Braziliyanın münasibətinin təqdirəlayiq olduğunu, daimi atəşkəsin bərqərar olması və bölgəyə humanitar yardımların çatdırılması üçün səylərin artırılması lazım olduğunu bildirib.
HƏMAS-ın atəşkəsi qəbul etməsinə baxmayaraq, İsrailin hücumlarını və qırğınlarını artırmağa davam etdiyini açıqlayan prezident Ərdoğan, bu nöqtədə Fələstin Dövlətinin tanınması ilə bağlı təşəbbüslərin dəstəklənməsinin vacib olduğunu bildirib.
Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında davam edən müharibəni yaxından izlədiyini bildirərək, tərəflərə danışıqlara qayıtmağı, hüquq və qanun əsasında ədalətli sülhün bərqərar olması üçün çalışmağı təklif edib.
Prezident Ərdoğan görüşdə Braziliyada leysan yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində can itkisinə görə Silvaya kədər və başsağlığı verib. Türkiyənin Braziliya xalqının yanında olduğunu bildirib.
Günel Məlikzadə