-
- 24-10-2024, 23:45
- 509
Ata və bacısını yaraladı, qonşusunu öldürdü
Türkiyədə dava zamanı ata və bacısını bıçaqla yaraladığı və davanı dağıtmağa çalışan qonşularını öldürdüyü iddiası ilə mühakimə olunan müttəhimin cəzası bəlli oldu.
News24.az xəbər verir ki, məhkəmədə saxlanılan müttəhim Yasin Doğru (24) və vəkilləri iştirak edib.
Təqsirləndirilən şəxs son sözünü soruşduqda çox təəssüfləndiyini deyib: "Qurbanın ailəsindən və öz ailəmdən üzr istəyirəm. Əvvəlcə Allahın rəhmətinə, sonra da siz böyüklərimizə sığınıram".
İşə qərar verən məhkəmə heyəti müttəhimi 50 il müddətinə azadlıqdan məhrum edib.
Günel Məlikzadə