Pəncərədən keçib, qadını öldürdü -  FOTO
    • 11-07-2024, 15:20
    • 436

Pəncərədən keçib, qadını öldürdü - FOTO

Türkiyədə Y.T (31) adlı şəxsin sərxoş halda keçmiş sevgilisi Seher İşlerin (23) evinə getdiyi iddia edilib.

News24.az xəbər verir ki, döydüyü qapı açılmayanda balkondan evə girən Y.T M.T.  və keçmiş sevgilisini bir yerdə görüb. Nəticədə onların arasında dava düşüb.

Dava zamanı Y.T bıçaqla əvvəlcə M.T-nin, daha sonra isə davanı dağıtmağa çalışan keçmiş sevgilisi Seher İşlərin bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirib.

Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Ünvana gələn həkim qrupu yaralı Seher İşler və M.T-ni xəstəxanaya çatdırıb.

Yaralılardan Seher İşler bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib. həyatını itirib. M.T. isə müalicə olunub.

Polis hadisəni törədən Y.T.-ni evdə saxlayıb və polis bölməsinə aparıb.

Qeyd edək ki, hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə