İlan, əqrəb, qaraqurd- EHTİYATLI OLUN!
    • 13-08-2019, 14:19
    • 1 325

İlan, əqrəb, qaraqurd- EHTİYATLI OLUN!

2019-cu ilin aprel ayından bu günə qədər 61 nəfər ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə müraciət daxil olub.  

Bu barədə News24.az-a şöbənin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov məlumat verib. O bildirib ki, müraciətlər əsasən gürzə ilanın sancması ilə bağlıdır. Bəzi xəstələrdə ağırlaşma qeydə alınıb: “Ölüm faktı olmayıb. Kliniikamız zərdabla təmin olunub, lazımı müalicəlır aparılır. Ən çox müraciətlər Bakıətrafı kəndlər, Hacıqabul, Şirvan, Yevlax, Bərdə, Qəbələ, Şamaxı, Şəmkir, Tovuz, Gəncə və cənub bölgəsindən edilib”.

A.Maqsudov, həmçinin qeyd edib ki, qara qurd sancmasına görə onlara 11 müraciət olub: “Əqrəb sancması ilə bağlı 8 nəfər müraciət edib, ölüm halı olmayıb.

Afaq Mirayiq