İflicin qarşısını almaq üçün 8 tövsiyə
    • 24-10-2024, 17:36
    • 713

İflicin qarşısını almaq üçün 8 tövsiyə

ABŞ-də hər il orta hesabla 160 min insanın insultdan dünyasını dəyişdiyi, lakin həyat tərzindən asılı olaraq bunun 80 faizinin qarşısını almaq mümkün olduğu bildirilib. 

News24.az xəbər verir ki, Amerika Ürək Dərnəyi insultun qarşısını almaq üçün 8 həyat tərzi tövsiyəsi verib. 

1. SAĞLAM DİET: Zeytun yağı, tam taxıl, yağsız balıq, mərci və qoz-fındıqdan ibarət Aralıq dənizi pəhrizi tövsiyə olunur.

2. DUZ: Gündə maksimum 2300 milliqram duz istehlak edilməlidir.

3. KALİUM: Banan, ərik, şirin kartof və yüksək kalium ehtiva edən tərəvəzlər tövsiyə olunur.

4.HƏRƏKƏT: Həftədə ən az 150 dəqiqə ritmik məşq edilməlidir.

5.ÇƏKİ: İdeal çəki əldə edilməli və piylənmənin qarşısı alınmalıdır.

6. YUXU: Yarımçıq yuxu rejimi insult riskini artırır.

7. SİQARET: Təbii ki, istehlak edilməməlidir. Əgər içilirsə, dayandırılmalıdır.

8. QAN TƏZYİQİ: Yuxarıdakı qaydalara əməl etməklə təzyiq, xolesterin və şəkər balanslaşdırılmalıdır.


Məryəm İlhamqızı