-
- 25-10-2024, 17:28
- 384
Bu tərəvəzləri birlikdə istehlak ETMƏYİN - SƏBƏB
Pendir-zeytun, bal-qaymaq, mürəbbə-yağ kimi bəzi qidalar birlikdə qeyd olunur. Pomidor və xiyar da bu qidalar arasındadır, lakin mütəxəssislər bu iki məhsulu birlikdə istehlak etməyin zərərli ola biləcəyini bildirir.
News24.az xəbər verir ki, bunun səbəbi, hər iki tərəvəzin həzm sistemində fərqli pH səviyyələri tələb etməsidir.
Pomidorda yüksək turşu olduğu halda, xiyar daha qələvidir. Bu fərq birlikdə istehlak edildikdə həzmi çətinləşdirə, şişkinlik və ya həzmsizlik kimi problemlərə səbəb ola bilər.
Bundan əlavə, bu iki tərəvəzin qidaları bədəndə kifayət qədər yaxşı udulmaya bilər. Məsələn, xiyarda olan bəzi komponentlər pomidorda olan likopen kimi antioksidanların udulmasını maneə törədə bilər.
Həzmi optimallaşdırmaq və qida dəyərlərindən tam istifadə etmək üçün bu iki tərəvəzin ayrı-ayrılıqda istehlak edilməsi tövsiyə olunur.
Məryəm İlhamqızı