-
- 25-10-2024, 23:14
- 530
Aİ bu ölkəyə niyə 20 milyon avro göndərdi
Avropa İttifaqı (Aİ) daşqından zərər çəkən Bosniya və Herseqovina üçün maliyyə yardımı elan edib.
News24.az xəbər verir ki, AB Komissiyasının sədri Ursula fon der Leyen, oktyabrın 4-də Bosniya və Herseqovinada baş verən daşqından zərər çəkmiş bölgələr üçün dərhal 20 milyon avro yardım veriləcəyini açıqlayıb.
Qərbi Balkan turu çərçivəsində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda olan Von der Leyen, Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Borjana Kristo ilə mətbuat konfransı keçirib.
Bosniya və Herseqovinada 27 nəfərin ölümünə səbəb olan sel fəlakətindən çox kədərləndiyini ifadə edən Von der Leyen, "Heç bir gecikmə olmadan dərhal 20 milyon avro yardım göndərməyə qərar verdik. Aİ Həmrəylik Fondu tərəfindən bərpa prosesinə də dəstək veriləcək".
Günel Məlikzadə