-
- 27-10-2024, 03:50
- 509
Çin dünyanın ən sürtəli robotunu təqdim etdi
Çinin “Robot Era” şirkəti insanabənzər robotlar arasında dünyanın ən sürtəli robotunu təqdim edib.
News24.az Yeniavaz.com-a istinadla xəbər verir ki, şirkətin istehsal etdiyi inzanabənzər “Star1” robotu çətin ərazilərdə qeyri-adi qaçış qabiliyyəti nümayiş etdirib.
Belə ki, Qobi səhrasında sınaqlar zamanı xüsusi idman ayaqqabısı geyinən robotun sürəti saniyədə 3,6 metrə çatıb. Üstəlik, o bu sürəti 34 dəqiqə ərzində saxlaya bilib.
Qaçış ayaqqabısı “Star1”in ayaqqabısız sınaqlarla müqayisədə göstərdiyi nəticəni xeyli yaxşılaşdırıb.
Hündürlüyü 1,71 metr, çəkisi 65 kiloqram olan nsanabənzər robot qabaqcıl texnologiya ilə təchiz edilib. Onun konstruksiyasında 400 Nm fırlanma momentinə malik olan güclü mühərriklərdən, həmçinin, yüksək dəqiqlikli planetar sürət qutularından istifadə olunub. Robotun ətraflarının hərəkətinə nəzarət etmək üçün isə süni intellektdən istifadə olunub.
“Star1”in əsas xüsusiyyətlərindən biri də onun çətin ərazilərdə hərəkət edərkən ağırlıq mərkəzini və ətraflarlarını effektiv şəkildə idarə etmək qabiliyyətidir.
Mühəndislər həmçinin robotu qeyri-bərabər səthlərdə təsirləri effektiv şəkildə uda bilən adaptiv birləşmə sistemi ilə təchiz ediblər. Bu isə robotlara sərt səthlərdə qaçdıqda belə lazımi sərtliyi təmin etməyə imkan verir.