Kartof və yumurta 2 bəladan qoruyur
    • 27-10-2024, 08:00
    • 1 616

Kartof və yumurta 2 bəladan qoruyur

Əcnəbi alimlər əvvəllər faydasına şübhə yaranan 2 ərzağı faydalı hesab ediblər.

News24.az xəbər verir ki, yüksək qlikemik indeksi və nişastasına görə karfofubn zərərli olduğu bildirilirdi.

Lakin alimlər düzgün bişirdikdə kartofun damarları qoruduğu və bəzi xərçəng növlərinə qarşı da effektiv mübarizə apardığı üzə çıxıb.

Kartofda flavonoidlər, karotinoidlər, fenol turşusu kimi antioksindantlar var, bunlar sərbəst radikalları neytrallaşdırır.

Sərbəst radikallar oksidləşdirici stress yaradaraq, hüceyrələrdə dəyişiklik gedir və bədxassəli şişlərə səbəb olur.

Kartof orqanizmə ürək-damar xəstəlikləri və xərçəngə qarşı güc verir.

Kartofu düzgün bişirmək üçün qabıqlı, suda və ya sobada bişirmək lazımdır. Diabet xəstələri isə bişmiş kartofu soyuducuda gecədən saxlayıb, nişastanı neytrallaşdırmaq lazımdır.

Kartof maqniy, B6, kaliy, C vitamini, enerji və lif mənbəyidir.

Dietoloqların qara siyahısında olan digər ərzaq yumurtadır. Yumurta yüksək dəyərli zülal, protein,A, D, E vitamini mənbəyi və gözdən tutmuş sümüklərə kimi faydalıdır. Tərkibində lütein və zeaksantin kimi antioksintlar var, makulyar göz degenerasiyası və kataraktanın qarşısını alır.

Həftədə 5 dəfə yumurta yemək pis xolesterini artırmır.

Yumurtada olan xolin sinir sistemi və beyin üçün ən vaciv qidalı maddədir. Kartofla yumurtanı birlikdə yemək olarmı, əlbəttə ki,olar. Amma hər ikisi suda bişməlidir”.

Redaktor.az