-
- 27-10-2024, 19:16
- 670
Qatil ana! Uşağını bilərəkdən eyvandan...
Ürək parçalayan və dəhşətli hadisə Texas ştatının Galveston şəhərində baş verib. 30 yaşlı Kanal Yonko 17 aylıq qızını otelin eyvanından atmaqda günahlandırılıb.
Sherg.az xəbər verir ki, körpə qız səhər saatlarında otelin qarşısındakı səkidə tapılıb. O, dərhal xəstəxanaya aparılsa da, artıq gec idi, balaca qız artıq dünyasını dəyişmişdi.
Təhlükəsizlik kamerasının görüntülərində uşağın üçüncü mərtəbədən aşağı yerə yıxıldığı görünür. Körpə qız yıxıldıqdan dərhal sonra anası hadisə yerindən qaçıb. O, çox uzağa getməmiş polis tərəfindən tutuldu.
Polis araşdırmalar çərçivəsində otelin işçilərindən biri olan qadının 217 nömrəli otaqda qaldığını müəyyən edib. Otel otağının içərisindən zibil torbası da tapılıb. Çantanın içərisində otağın açar kartı, uşaq paltarları, qəlyanaltılar və bıçaq olub.
Yarılmadan sonra körpə qızda üç bıçaq yarası olduğu məlum olub.
Kanal Yonko məhkəmə qarşısına çıxıb və 17 aylıq qızı Hanna Yonkonun ölümündə ağır cinayətdə ittiham olunaraq həbs edilib. Qatil ananın zaminə buraxılması ilə bağlı müraciəti də rədd edilib.