14 aylıq körpə ürək çatışmazlığından öldü
    • 3-02-2023, 10:31
    • 334

14 aylıq körpə ürək çatışmazlığından öldü

Şəkidə 14 aylıq körpə vəfat edib.

News24.az
xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Baş Göynük kəndində baş verib. 2021-ci il təvəllüdlü Ruhəngiz İsrafilovanın səhhəti qəfil pisləşdiyi üçün o, valideynləri tərəfindən xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlının ürək çatışmazlığından öldüyü bildirilir.