-
- 27-10-2024, 23:45
- 346
Saakaşvili müxalifəti etirazlara çağırdı
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hesab edir ki, müxalifətin parlament seçkilərində məğlubiyyətindən sonra kütləvi etirazların vaxtı çatıb.
News24.az Report-a istinadən xəbər verir ki, M.Saakaşvili bu barədə Feysbukdakı səhifəsində yazıb.
"Əlbəttə, heç kim parlamentə getməməlidir. İndi başımıza kül səpməyin və aldandığımızdan narahat olmağın vaxtı deyil. İndi kütləvi etirazların vaxtıdır. Biz dünyaya göstərməliyik ki, azadlıq uğrunda mübarizə aparırıq və ədalətsizliyə dözməyəcək insanlarıq. Bir dəqiqə belə itirə bilmərik", - o qeyd edib.
Xatırladaq ki, 26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası 54,2 faiz səslə qalib gəlib. Parlamentə düşməyi bacaran 4 müxalif partiyasının heç biri seçki nəticələrini tanımayıb.