-
- 28-10-2024, 09:31
- 607
Yeni doğulmuş körpələrin yeməyinə spirt qoydular: Bir körpə öldü, altı körpə..
Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) paytaxtı Lefkoşada yerləşən Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Yenidoğulmuşların Reanimasiya şöbəsində körpələrin yeməklərinə su yerinə səhvən saf spirt qoyulub.
News24.az xəbər verir ki, KKTC Səhiyyə Nazirliyi 7 körpənin xəstələndiyini, vaxtından əvvəl doğuş səbəbiylə müalicə olunan 20 günlük körpənin dünyasını dəyişdiyini, sağlamlıq vəziyyəti ağır olan 6 körpənin isə intubasiya edildiyini açıqlayıb.
Hadisə ilə bağlı araşdırma başlanarkən, 4 tibb işçisi "ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində ölümə səbəb olmaq" ittihamı ilə saxlanılıb. Körpəsini itirən ailə körpələrinin ötən cümə günü dünyasını dəyişdiyini, lakin onlara gec məlumat verildiyini bildirib.
Günel Məlikzadə