-
- 28-10-2024, 19:00
- 24 808
Yerdən tapdığı pulla milyonçu oldu
ABŞ-nin Şimali Karolina ştatında yaşayan Cerri Hiks təsadüfən tapdığı 20 dollarlıq əskinasla həyatını dəyişən qazanc əldə edib. Banner Elk qəsəbəsində dülgər işləyən Hiks ərzaq mağazasının dayanacağında yerdə 20 dollar tapıb və pulu lotereya bilet almaq üçün istifadə edib. Hiksin seçdiyi bilet ona 1 milyon dollarlıq mükafatı qazandırıb.
News24.az CNN-ə istinadla xəbər verir ki, Hiks əslində başqa bilet axtardığını, lakin o bileti tapa bilməyəndə fərqli bir bilet aldığını bildirib. 56 yaşlı dülgər “Almaq istədiyim bilet yox idi, ona görə də bu bileti aldım” deyib.
Qeyd edək ki, Hiks pulu uşaqlarına kömək etmək və dülgərlik karyerasında 56 ildən sonra təqaüdə çıxmaq üçün istifadə etməyi planlaşdırdığını açıqlayıb.
Məryəm İlhamqızı