Olimpiya oyunları üçün bu qədər bilet satıldı - Yeni rekord
    • 12-07-2024, 08:20
    • 278

Olimpiya oyunları üçün bu qədər bilet satıldı - Yeni rekord


2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarına rekord sayda bilet satılıb.

News24.az xəbər verir ki, “France24“ portalının turnirin təşkilat komitəsinin rəhbəri Toni Estanqedən əldə etdiyi məlumata əsasən indiyə qədər 8.6 milyon bilet satılıb.

Təşkilatçılar Olimpiya oyunları üçün 8,6 milyon, Paralimpiya üçün isə daha bir milyon bilet satıblar. Bilet satışında son rekord 8,3 milyon biletlə 1996-cı ildə Atlantada keçirilən oyunlarda qeydə alınıb.