Meşədə əl qumbarası ilə dolu çanta tapıldı
    • Dünən, 21:46
    • 99

Meşədə əl qumbarası ilə dolu çanta tapıldı

Almaniyanın Dortmund şəhərinin Mengede qəsəbəsindəki meşəyə göbələk yığmaq üçün çıxan şəxs bel çantası tapıb.

News24.az xəbər verir ki, hadisə yerinə gələn polis bel çantasında çoxlu əl qumbarası, minaatan gülləsi olduğunu müəyyən edib.

Bomba zərərsizləşdirmə qrupları əl qumbaralarını idarəli şəkildə məhv edib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məryəm İlhamqızı