Qurban Qurbanovun 500-ü
    • 28-10-2024, 22:37
    • 387

Qurban Qurbanovun 500-ü

Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi kimi Premyer Liqada 500-cü oyununu keçirib.

News24.az QOL.az-a istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 11-ci turuna təsadüf edib. Ağdam klubu yubiley görüşündə “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.

17-ci mövsümdür “Qarabağ”ı çalışdıran Qurbanovun debütü 2008-ci avqustun 9-da “Bakılı” ilə səfər görüşünə təsadüf edib. Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu onun baş məşqçi olduğu müddətdə Premyer Liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.

Qeyd edək ki, Qurbanov ölkə çempionatları tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir.