"Badamlı" müştərilərini belə aldadır….
    • 29-10-2024, 17:36
    • 1 755

"Badamlı" müştərilərini belə aldadır….

"Badamlı" müştərilərini belə aldadır…."Şikayətim "Badamlı" sularındandır".

News24.az dia.az-a istinadla xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Alpay Allahverdiyev adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "4 aydır… hər ay demək olar ki, 6 ədəd 18 litrlik dispenser üçün su sifariş edirəm evə. Axırıncı dəfə sifariş etdiyim suyu içəndən (1 stəkan) sonra evdə hər kəsdə yüngül qarın və mədə ağrıları yarandı, hətta evdə pişik saxlayırıq və onun da qabına bu sudan tökmüşəm.

Suyu içəndə qəribə bir dad və iy hiss etdim, düşündüm yəqin məndən əvvəl bu stəkanda nəsə içilib, ola bilər iy qarışıb və s. Təsəvvür edin evdə övladlarım da suyu içən vaxtı həmin iyi hiss ediblər və eyni mənim kimi düşünüblər ki yəqin stəkandan gəlir iy.

Hər şey 1 stəkan suyu içəndən sonra başladı: Qarın ağrısı və mədə ağrısı. Yenidən başqa stəkana su süzüb baxıram ki su bildiyiniz krant suyu. Yəni krantdan bidona doldurub satırlar, amma halbuki guya Naxçıvandan dağlardan gəlir "Badamlı"…

Özlərinə şikayət etmişəm, hələ geri dönüş etməyiblər. Suyu verəcəm Qida təhlükəsizliyi agentliyinə yoxlasınlar…. İndi gedib nazirliyə hörmət edib rəy verəcəklər ki bəs su əladır, heç bir problemi yoxdur… Yəni bildiyiniz krant suyunu bidona doldurub bazarda satırlar.."