-
- 30-10-2024, 18:22
- 273
Diqqət: Araqdan zəhərlənməmək üçün mütləq etməlisiniz
Zaman-zaman sipirtli içkilərdən zəhərlənən insanlar barəsində xəbərləri eşidirik və görürük. Ən çox da araqdan zəhərlənmə haqda məlumatlar alırıq.
Bəs, araqdan zəhərlənməmək üçün nələrə riayət etməliyik?
Bununla bağlı qida mütəxəssisi Elsevər Fərzəliyev News24.az-a açıqlama verib. Onun sözlərinə görə spirtli içkilər günəş şualarından vacib şəkildə qorunmalıdır:
“Araq alkoqolu içkilər qrupuna aid edilən qida məhsuludur. Açıldıqdan sonra qapağı bağlı halda saxlanılarkən, əgər tərkibindəki spirt uçub getmirsə, kifayət qədər uzun zaman ərzində istifadə üçün yararlı sayılır.
Arağın saxlanma temperaturu 25 dərəcə (bəzən 30 dərəcə) selsiyədək çatır. Bəzi (rəngli) spirtli içkilərin (viski, konyak, şərab və s.) saxlanma zamanı Günəş şualarından qorunması vacib əhəmiyyət kəsb edir.
Bu da tərkibdəki qida maddələrinin daha yaxşı qorunmasına dəlalət edir”
Ağa