Azərbaycanda gənc qızı oğurlayıb zorladılar – ŞOK CİNAYƏT
    • 24-02-2020, 19:39
    • 1 383

Azərbaycanda gənc qızı oğurlayıb zorladılar – ŞOK CİNAYƏT

Bir müddət əvvəl adam oğurluğu və zorlama cinayətləri ilə əlaqədar tutularaq istintaqa təhvil verilən Sərxan Həsənov, Zaur Eyvazov və Ayxan Fərhadoğlu barəsində açılmış cinayət işi məhkəməyə göndərilib.

News24.az-ın məlumatına görə, bu 3 şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü, yəni, adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, həmçinin 149.1-ci, yəni, zorlama - yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma maddələri ilə açılmış işin materialları Gəncə Ağır Cinayətlə Məhkəməsinə göndərilib. İşə hakim Xəqani Səmədovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, hadisə zamanı P.məmmədova adlı qız evlənmək adı ilə oğurlanıb. Qızın şikayətindən sonra onu qaçıran şəxslər və zorla cinsi əlaqədə olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.