-
- 31-10-2024, 12:03
- 245
Nazir: Türkiyənin müdafiə sənayesi hədəfə alınıb
Türkiyənin müdafiə sənayesi hədəfə götürülüb.
News24.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır İstanbulda çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyənin bu sahədəki uğurlarının qarşısını almaq istəyənlər məqsədlərinə nail olmayacaqlar: “Biz yolumuza davam edəcək, daha çox işləyəcəyik”.
Nazir həmçinin qeyd edib ki, Türkiyə çətin coğrafi mövqedə yerləşir: “Belə bir şəraitdə güclü olmağa məcburuq”.
M.F.Kacır bildirib ki, indi dünyada insanların haqlarını müdafiə edən beynəlxalq hüquq və ya təşkilat yoxdur. \\“Report”