Azərbaycanlı deputat AŞPA-nı Ermənistanın cinayətlərinə göz yummaqda İTTİHAM ETDİ
    • 27-06-2019, 14:30
    • 724

Azərbaycanlı deputat AŞPA-nı Ermənistanın cinayətlərinə göz yummaqda İTTİHAM ETDİ

Millət vəkili Q.Paşayeva AŞPA-da balaca Zəhradan, Fariz, Aygün və Ermənistanın Xocalıda qətlə yetirdiyi onlarla azərbaycanlı uşaqlardan danışıb və AŞPA-ya zamanında işğalçıya qarşı sərt addımlar atsaydı bu gün o uşaqlar aramızda olardı deyib. 

News24.az xəbər verir ki, Millət vəkili Q.Paşayeva AŞPA-da işğalçı Ermənistanın qətlə yetirdiyi Azərbaycanlı uşaqlardan danışıb, bu cinayətləri törədən Ermənistana qarşı zamanında ciddi addımlar atsaydınız bu gün o uşaqlardan bəziləri aramızda olardı deyərək təşkilatı ittiham edib və ikili standartlardan əl çəkməyə çağırıb.

Millət vəkili Q.Paşayeva AŞPA-da balaca Zəhradan, Fariz, Aygün və Ermənistanın Xocalıda qətlə yetirdiyi onlarla azərbaycanlı uşaqlardan danışıb və AŞPA-ya zamanında işğalçıya qarşı sərt addımlar atsanız bu gün o uşaqlar aramızda olardı deyib.

Bu gün AŞPA-da "Uşaqlara qarşı zorakılığa son qoyulması: Avropa Şurasının Dayanıqlı İnkişaf Hədəflərinə töhfəsi", "Miqrant uşaqlara qarşı zorakılığı və onların istismarını dayandırmaq" mövzularının müzakirəsi zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü,AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti Q.Paşayeva çıxış edərək işğalçı Ermənistanın qətlə yetirdiyi Azərbaycanlı uşaqlardan danışıb, bu cinayətləri törədən Ermənistana qarşı zamanında ciddi addımlar atsaydınız bu gün o uşaqlardan bəziləri aramızda olardı deyərək təşkilatı ittiham edib və ikili standartlardan əl çəkməyə çağırıb: "Dünyada uşaqların yarısının hər il zorakılıqdan əziyyət çəkməsi bizi çox ciddi narahat etməlidir və biz uşaqların daha güclü müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə istiqamətində səylərimizi daha da gücləndirməliyik.Biz məruzəçini təbrik edərək, onun irəli sürdüyü təklifləri dəstəkləməklə yanaşı bəzi məsələlərə də xüsusi diqqət göstərilməsinə çağırırıq. Uşaqlara qarşı zorakılıq işğalların, münaqişələrin olduğu bölgələrdə daha da dəhşətli olur. Bu gün burada körpə uşaqları Ermənistan tərəfindən qətlə yetirilmiş, zorakılığa məruz qalmış ailələr adından danışmaq istəyirəm. Avropa Şurasının üzvü olan Ermənistanın Avropa Şurasının üzvü olanAzərbaycanın torpaqlarının 20 fazini işğal etməsi nəticəsində 10 minlərlə uşaq köçkün düşdü və o adamlar bu günə qədər də köçkün həyatı yaşayırlar. Onlarla azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildi. Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım zamanı 63 uşaq qətlə yetirilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Onlarla uşaq o soyqırımdan qaçarkən soyuq qış günlərində həyatını, sağlamlığını itirib. Bunları ona görə sayıram ki işğalların, münaqişələrin uşaqlara qarşı nə qədər böyük zorakılıqlara, faciələrə səbəb olduğunu bir daha diqqətinizə çatdırım. Minlərlə azərbaycanlı uşaqlara qarşı bu zorakılıqları törədənlər isə ədalət qarşısında cavab vermədilər və bu gün də Ermənistanda müxtəlif vəzifələrdə çalışırlar. AŞPA-nın qəbul etdiyi qətnamələri isə Ermənistan bu gün də yerinə yetirməkdən imtina edir. Bu uşaqlara qarşı törədilmiş zoralıq və cinayətlərin qarşısını almaq üçün çox təəssüf ki AŞ, AŞPA heç bir ciddi addımlar atmadı. Ermənistan silahlı qüvvələri isə azərbaycanlı uşaqlara qarşı zorakılıqları davam etdirir. 2011-ci ildə Ermənistan silahlı qüvvələri öz həyətində oynayan zaman 9 yaşlı Fariz Bədəlovu başından snayperlə vuraraq qətlə yetirdilər. Mənim millət vəkili olduğum bölgədən 13 yaşlı bir qızı Aygün Şahmalıyevanı qətlə yetirdilər. 2017-ci ildə isə 2 yaşı tamam olmamış olan balaca Zəhranı qətlə yetiridilər. Bu siyahını davam etdirə bilərəm amma təəssüf ki zaman azdır. Bu zorakılıqları, cinayətləri törədənlər isə hələ də ədalət qarşısında cavab verməyiblər. Zamanında baş verən zorakılıqlarla bağlı təşkilatımız tərəfindən ciddi addımlar atılsaydı bəlkə nə qədər uşaq bu gün aramızda olardı. Ona görə də biz sizi uşaqlara qarşı törədilmiş bütün növ zorakılıqlara qarşı birlikdə daha ciddi mübarizəyə çağırırıq. İkili standartlara yol vermədən. Əziz dostlar, Mənim ölkəm Azərbaycan uşaqlara qarşı zorakılıqla ciddi mübarizə aparır. Dayanıqlı İnkişaf Hədəflərinə uyğun olaraq uşaqlara qarşı pis rəftar, uşaqların istismarı, uşaq alveri və uşaqlara qarşı zorakılığın və işgəncələrin bütün növlərinə son qoymaq dövlətin əsas prioritetlərdəndir. Və bu istiqamətdə BMT, AŞPA da daxil olmaqla beynəlxalq qurumlarla effektiv əməkdaşlıq edilir. İnsan alveri o cümlədən uşaqlara qarşı zorakılıqla bağlı hesabatlar Parlamentdə müzakirə olunur, qanunvericilikdə uşaqların müdafiəsi mexanizmləri daha da gücləndirilir,  maarifləndirmə işlərinə böyük önəm verilir. Bu istiqamətdə vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq və görülən işlər daha da genişlənir. Uşaqların hamısının ibtidai və orta təhsil alması təmin edilib. Köçkün uşaqların təhsili, zorakılıqdan müdafiəsinə isə xüsusi diqqət yetirilir. Avropa Şurasının Avropada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı “Hər beş uşaqdan biri” kampaniyası ölkəmizdə uğurla həyata keçirilib. Azərbaycanda uşaq zorakılığının qarşısının alınmasında milli strategiya yüksək səviyyədə həyata keçirilir və mövcud qanunvericilik ildən-ilə təkmilləşdirilir. Bununla əlaqədar olaraq, Milli Məclisdə müxtəlif yerli və beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə tədbirlər keçirilib, məktəblərdə “Biz zorakılığa yox deyirik” mövzusunda müzakirələr aparılıb və bu işlər davam edir.Bütün bunlara baxmayaraq bu istiqamətdə daha çox işlərin görülməsi dövlətin diqqət mərkəzindədir. İnanırıq ki, bugünki müzakirələr və qəbul edilən qətnamə layihəsi də üzv ölkələrdə uşaqlara qarşı zorakılıqla daha effektiv mübarizəyə öz müsbət töhfəsini verəcək".