"İki-üç şeir yazan kimi fəxri adlar, mükafatlar istəyirlər"
    • 31-10-2024, 20:30
    • 945

"İki-üç şeir yazan kimi fəxri adlar, mükafatlar istəyirlər"

"Bugünkü gənclərin bir az tələsməklərindən narazıyam. Bunlar istəyirlər ki, ədəbiyata gəlib iki-üç şeir yazan kimi fəxri adlar, mükafatlar alsınlar. Bu da olmur. Gərək çox zəhmət çəkəsən”.

News24.az bildirir ki, bu fikirləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı Xalq yazıçısı Anar deyib.

Azərbaycan Yazıçılar Birliyinin sədri diqqətə çatdırıb ki, ədəbiyyatda özünü təsdiq etmək elə də asan məsələ deyil:

“Bəzən bizim tədbirlər olanda bütün çıxışçılar deyirlər ki, filankəs dahidir. Mən də deyirəm ki, dünyanın heç bir yerində bir otağa bu qədər dahi yığışa bilməz. Ona görə də müasirlərə dahi sözünün işlənməsinin əleyhinəyəm. Fikrimcə, dahi Nizami, Füzuli, Puşkin, Tolstoydur. Amma hər iki-üç şeir yazan adam özünü dahi adlandırmasın".