-
- Bu gün, 11:22
- 100
"Google" qadağan edildi - Bu ölkədə...
Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatı olan İndoneziya Google-un Pixel telefonlarının satışını qadağan edib. Qərarda Google telefonlarının yerli məzmun tələblərinə cavab vermədiyi bildirilib.
News24.az xəbər verir ki, Sənaye Nazirliyinin sözçüsü Febri Hendri Antoni Arief, İndoneziyada Google Pixel telefonlarının ticarətinin qeyri-qanuni olduğunu söyləyib. Baxmayaraq ki, bu il ölkəyə şəxsi göndərişlər və ya kabin baqajı vasitəsilə təxminən 22.000 cihaz daxil olub.
Google qadağan qərarını müzakirə etmək üçün sənaye naziri Agus Gumiwang Kartasasmita ilə görüş istəyib.
Xatırladaq ki, İndoneziya, investisiya öhdəliklərini yerinə yetirmədiyi səbəbiylə Apple-ın bəzi məhsullarını qadağan edib. “Apple” şirkətinin payızda buraxılan məhsullarının ölkədə satışı və istifadəsi qadağan edilib. Qeyd dək ki, iPhone 16 və Watch Series 10 kimi qadağaya daxil edilib.
Günel Məlikzadə