-
- 1-11-2024, 13:44
- 194
"Dünyanın ən güclü strateji raketi uğurla sınaqdan keçirildi”
Şimali Koreya dünən keçirdiyi raket sınağının təfərrüatlarını ictimaiyyətlə paylaşıb. Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərə görə, “Hwasong-19” qitələrarası ballistik raketinin ən təkmil versiyasının uğurla sınaqdan keçirildiyi bildirilib.
News24.az xəbər verir ki, 7687 kilometr rekord hündürlüyə çatan və 85 dəqiqə ərzində 1000 kilometr məsafə qət edən raketin Şərqi Çin dənizi sahillərində əvvəlcədən müəyyən edilmiş hədəfi müvəffəqiyyətlə vurduğu bildirilib.
Qeyd olunub ki, son raket sınağı qonşu ölkələrin təhlükəsizliyinə heç bir mənfi təsir göstərməyib.
Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın yerli vaxtla saat 07.11 radələrində Yaponiya dənizinə doğru qitələrarası ballistik raket atdığını açıqlayıb.
Bildirilib ki, 1 saat 26 dəqiqə rekord müddətə uçan raket saat 08.37 radələrində Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda, Hokkaydo əyalətindəki Okuşiri adasının qərbinə düşüb. Raket 7 min kilometrdən çox rekord yüksəkliyə çatıb və təxminən min kilometr məsafə qət edib.
Günel Məlikzadə