-
- 1-11-2024, 14:05
- 250
Vətəndaşlar sosial şəbəkələrdə izlənəcək - bu ölkədə
Fransa vətəndaşların onlayn hərəkətlərini süni intellektlə izləyəcək.
News24.az xəbər verir ki, Fransa Dövlət İnformasiya Xidməti bu məqsədlə süni intellekt tenderini başladıb.
Bildirilib ki, bu təşəbbüsün məqsədi vətəndaşların ictimai fəaliyyəti necə qəbul etdiyini müşahidə etməkdir.
Fransa mətbuatının yazdığına görə, ilk olaraq X, Instagram və Facebook kimi platformalarda istifadəçilərin hərəkətləri izləniləcək.
Həmçinin prezident, baş nazir və qurumlarla bağlı ictimai müzakirələrin izlənilməsi nəzərdə tutulub.
Fransa mətbuatı hökumətin bu addımını “şəxsi həyatın toxunulmazlığına hücum” kimi qiymətləndirib.
Məryəm İlhamqızı