Ucarda evdən narkotik tərkibli dərmanlar aşkarlandı
    • 27-06-2019, 17:42
    • 917

Ucarda evdən narkotik tərkibli dərmanlar aşkarlandı

Ucar rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

News24.az xəbər verir ki, Ucar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş İ.Cəlilov həbs edilib.

Onun evindən 1 kiloqram 224 qram marixuana, heroin, 5 ədəd “Tramadol”, 10 ədəd “Prednizol”, 37 ədəd “Metadon” həbləri, habelə çətənə toxumları aşkar edilərək götürülüb.