-
- 27-06-2019, 17:50
- 785
Özünü nazirlik işçisi kimi təqdim edib silahı iş adamına tuşladı – AZƏRBAYCANDA ŞOK HADİSƏ - TƏFFƏRRÜAT
Bir neçə il əvvəl iş adamına qarşı hədə-qorxu gələrək pul tləb edən qrupun üzvlərindən biri Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, yəni, hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Əliyev Namiq Paşa oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 2013-cü ildə Babək Həsənov, Bəhruz Cəfərov, Namiq Əliyev və istintaqa məlum olmayan digər şəxslər özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə qabaqcadan cinayət əlaqəsinə girib. Onlar 28 may 2013-cü il tarixdən 29 may 2013-cü il tarixə keçən gecə saat 3 radələrində iş adamı Abbas Məmmədovun yaşadığı Samux rayonunun Qarabağlar kəndindəki evinə gəliblər.
Babək Həsənov və yoldaşları özlərini Milli Təhlükəsizlik Nazirliyinin məsul əməkdaşları kimi təqdim edib, guya onlarda Abbas Məmmədovun barəsində Rusiyada həmkəndlisi Malik Cəfərova qarşı törətmiş olduğu cinayətə görə İnterpol xətti üzrə axtarıldığına dair sənədlər olduğunu bildiriblır.
Bu zaman Bəhruz Cəfərov özü ilə götürdüyü süngü bıçağına oxşar kəsici aləti A.Məmmədovun çiyninə dirəyib, Namiq Əliyev isə qundağı və lüləsi kəsilmiş tüfəngi arxadan ona tuşlayıb. Onlar Abbas Məmmədovu gəldikləri “VAZ-21015” markalı avtomobilə oturdaraq Milli Təhlükəsizlik Nazirliyinin Gəncə Şəhər Şöbəsinin binasının qarşısına apararaq orada hədələməyə başlayıblar. Sonra da bir evə apararaq saxlayıb, mayın 29-dan iyunun 8-dək olan müddətdə mobil nömrəsindən davamlı olaraq ailə üzvləri ilə danışıqlar apararaq azad olunması müqabilində 30 000 manat tələb ediblər.
Mayın 30-da dəstə üzvləri 4750 manat alıblar. Qalan məbləği də almağa çalışsalar da, istəklərinə nail ola bilməyiblər. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirlər nəticəsində dəstə üzvləri həbs edilib.