Qadın sevgilisi ilə evdə olanda əri gəldi – BAKIDA ŞOK HADİSƏ
    • 18-02-2020, 12:39
    • 1 241

Qadın sevgilisi ilə evdə olanda əri gəldi – BAKIDA ŞOK HADİSƏ

Bakıda kişini tələyə salaraq ondan pul tələb etdiyinə görə tutularaq məsuliyyətə cəlb edilən və məhkəmənin hökmü ilə məhkum edilən şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, yəni, hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə təqsirli bilinmiş Alməmmədov Həmid Dursunəli oğlu Ali Məhkəmədən barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiya tərəfindən baxılacaq. 

Qeyd edək ki, H.Alməmmədov 2018-ci ilin mart ayında doastlar ilə birlikdə A.Həsənovu şantaj edib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib. Dediyinə görə, sonradan həmin evə gələn 2 naməlum şəxs özlərini həmin qadının əri və qohumu kimi təqdim edib, onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxslərdən biri qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Həmid Alməmmədov olduğu müəyyən edilib.