Bakıda kişini soyundurub videoya çəkdilər - ŞOK FAKTLAR
    • 11-02-2020, 12:37
    • 1 414

Bakıda kişini soyundurub videoya çəkdilər - ŞOK FAKTLAR

Bakıda şantajla məşğul olduğu üçün tutularaq məsuliyyətə cəlb edilən və məhkəmənin hökmü ilə məhkum edilən şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, yəni, hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə təqsirli bilinmiş Hüseynov Zeynal Bahadur oğlu barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Şahin Yusifov tərəfindən baxılacaq.

Qeyd edək ki, Zeynal Hüseynov bir qrup şəxslə birlikdə Bakıda tanıdıqları şəxsi soyundurub döyərək şəxsiyyətini alçatmaqda və daha sonra ondan pul tələb etməkdə təqsirli biliniblər.

Məlum olub ki, Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayev zərərçəkmişi soyundurduqdan sonra onun telefonla çəkərək görüntüləri özlərində saxlayıblar. Daha sonra həmin görüntülərlə zərərçəkmiş şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.