2 kiloluq badımcan görənləri TƏƏCCÜBLƏNDİRDİ
    • 24-09-2024, 21:25
    • 261

2 kiloluq badımcan görənləri TƏƏCCÜBLƏNDİRDİ

Türkiyənin Bağkonak kəndində əkinçiliklə məşğul olan təqaüdçü dövlət məmuru Mehmet Aydın bağçasına tərəvəz yığmağa gedəndə böyük bir badımcan olduğunu görüb.

News24.az xəbər verir ki, badımcanı çəkmək üçün bağdan götürən Aydın badımcanın çəkisinin 2 kilo 200 qram olduğunu görüb.

Yalvaç İlçe Kənd Təsərrüfatı və Meşə Müdirliyi qrupları tərəfindən badımcan tədqiq edilərkən, yerli xalqın da marağına səbəb olub.

Badımcan toxumlarının yığılması işlərinə başlanılıb.

Aydın istehsal edilən badımcanın tamamilə orqanik olduğunu bildirib.

Bağçasında öz ehtiyacları üçün tərəvəz istehsal etdiyini bildirən Aydın, "Bağımızda bir badımcanın anormal böyüdüyünü gördüm. Məhsullarımızı özümüz istehlak etdiyimiz üçün heç bir hormon və pestisid istifadə etmirik" deyib.

Məryəm İlhamqızı