-
- 3-11-2024, 05:19
- 719
Diş həkiminə aparılan 4 yaşlı qız öldü
Almaniyada diş anestezioloqu Kerald Vimmer dörd yaşlı uşağa müddəti bitmiş keyidici iynə vuraraq ölümünə səbəb olub.
News24.az Medianews.az-a istinadla xəbər verir ki, saxlanılaraq hakim qarşısına çxıarılan Vimmer məhkəmədə səhvini etiraf edib.
Frankfurt bölgəsində keçirilən məhkəmədə müəyyən edilib ki, 67 yaşlı anestezioloq öz xəstələri üzərində dəfələrlə vaxtı keçmiş dərmanlar və birdəfəlik şprislərdən istifadə edib. İstifadə müddəti bitmiş sakitləşdirici dərman verərək öldürdüyü iddia edilən diş anestezioloqunu ömürlük həbs cəzası gözləyir.