Tramp yenə "erməniyə dayı” dedi - ŞOK GƏLİŞMƏ
    • 3-11-2024, 05:55
    • 803

Tramp yenə "erməniyə dayı” dedi - ŞOK GƏLİŞMƏ


ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyasının gedişatında növbəti gözlənilməz addım atılıb.

Musavat.com-un əldə etdiyi məlumatlara görə, keçmiş prezident Tramp Katolikos Doma Kilikiyalı Aram I-ə zəng edərək, erməni icmasına dəstəyini ifadə edib. (Katolikos Aram I, 1995-ci ildən bəri "Kilikiyanın Böyük Evinin" Katolikosudur və hazırda Livanın Antelias şəhərində yaşayır.

1946-cı ildə Beyrutda anadan olan Aram I, təhsilini Anteliasdakı Erməni İlahiyyat Seminariyasında, Cenevrədəki Bossey Ekumenik İnstitutunda, Beyrutdakı Amerika Universitetində və Nyu-Yorkdakı Fordham Universitetində alıb. Amerikaya yaxın fiqur sayılır)

Bu hərəkət ekspertlər tərəfindən seçki strategiyası aspektindən qiymətləndirilir.

Yayılan məlumatda bildirilir ki, Trampın telefon danışığı zamanı Qarabağın erməni icması mövzusu da keçib. Tramp onlara dəstəyini ifadə edub. Bununla yanaşı, o, regionda davamlı sülhə sadiqliyini vurğulayaraq, ABŞ-nin xarici siyasətində bu istiqamətdə öz mövqeyini bir daha göstərib.

Maraqlıdır ki, Tramp eyni zamanda, ABŞ-dakı erməni icmasını “güclü, ağıllı və dinamik” kimi təsvir edərək, onların Amerikada sosial və iqtisadi sahələrdəki mühüm rolunu vurğulayıb. Bu, erməni seçiciləri cəlb etmək üçün atılan addım kimi qiymətləndirilir və onun gələcək seçki nəticələrinə təsir göstərə biləcəyi gözlənilir.

Qeyd edək ki, Trampın belə bir təşəbbüs göstərməsi ilk dəfə deyil və bu cür təmaslar, xüsusilə, ABŞ-dakı erməni diasporu arasında geniş dəstək qazanmaq məqsədilə baş tutur.