İran İsrailə şərt irəli sürdü – Pezeşkian AÇIQLADI
    • 4-11-2024, 10:08
    • 2 155

İran İsrailə şərt irəli sürdü – Pezeşkian AÇIQLADI

İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin Tehranda keçirilən iclasında çıxış edib. 

News24.az xəbər verir ki, İsrailin bölgədə davam edən aqressiv rəftarına diqqət çəkən Pezeşkian ABŞ və Avropa liderlərinin İranın HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsinə cavab vermədiyi təqdirdə, Qəzzada atəşkəs elan ediləcəyinə dair söz verdiyini xatırladıb.

“Hökumətimizin ilk günlərində Haniyənin öldürülməsi ilə müharibəyə səbəb olan sionist rejim idi. Bəzi ölkələrin məsləhəti ilə biz günahsız qadın və uşaqların öldürülməsinin dayandırılması ümidi ilə təmkinli davrandıq, lakin İsrail cinayətlərini genişləndirib”, - deyə o əlavə edib.

Pezeşkian İranın İsrailin hücumuna cavab verəcəyini təkrarlayıb. 

"Əgər onlar öz davranışlarını nəzərdən keçirsələr və atəşkəsi qəbul etsələr və bölgədəki məzlum və günahsız insanları öldürməyi dayandırsalar, bu, cavabımızın növü və şiddətinə təsir edə bilər", - deyə o bildirib.


Aynurə