Dövlət Gömrük Komitəsi ilə  ÜGT arasınd Razılaşma  - FOTO
    • 28-06-2019, 19:22
    • 959

Dövlət Gömrük Komitəsi ilə ÜGT arasınd Razılaşma - FOTO

İyunun 28-də Brüssel şəhərində keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları  çərçivəsində Dövlət Gömrük Komitəsi ilə ÜGT arasında  “ÜGT-nin e-learning Modullarından istifadə üzrə Lisenziya” verilməsinə dair Razılaşma imzalanıb. 

News24.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən xəbərə görə, sənədi Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və ÜGT-nin Administrasiya və Şəxsi Heyətinin rəhbəri Hans Pieters imzalayıblar.

Qeyd edək ki, təhsildə yeni metod və yanaşmaları ehtiva edən “e-learning” bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, analiz edilməsinə və dəyərləndirilməsinə şərait yaradan bir sistemdir.

Layihə gömrük sahəsində çalışanların bilik və bacarıqlarının artırılmasında, potensialın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, təcrübə mübadiləsi istiqamətində də səmərəli nəticələrin əldə olunmasına şərait yaradır.

Dövlət Gömrük Komitəsi tərəfindən 2019-cu ilin mart ayından etibarən tətbiq edilən layihə ilk mərhələdə Dövlət Gömrük Komitəsinin Akademiyasında reallaşdırılıb, hazırda isə gömrük əməkdaşları da bu sistemdən faydalanırlar.