"Onların ikisini də çox sevirəm" - iki arvadlı ər - FOTO
    • 6-08-2018, 20:00
    • 1 119

"Onların ikisini də çox sevirəm" - iki arvadlı ər - FOTO

"İki qadın və bir kişiyik. Normal yaşayırıq, heç bir problem yoxdur. Bir ərin iki arvadla yaşamasına pis baxmıram".

Lindsey Şopf belə deyir. O, Terri və Britni Ştruplarla yaşayır. Daha doğrusu, Lindsey Terrinin ikinci arvadıdır.

ABŞ-ın Kaliforniya ştatındakı Qlendora şəhərində yaşayan bu poliamor ailənin üç üzvü bir məktəbdə oxuyublar.

26 yaşlı Britni və 28 yaşlı Terri illər əvvəl evləniblər. 2016-cı ildə isə Lindsey bu ailədə ikinci arvad qisminqdə yaşamağa başlayıb.
"İlk əvvəl bu evdə kirayədə qalırdım. Sonra Terri ilə bir-birimizi sevdik. Britni bundan xəbər tutanda isə bizi təqdim etdi. Beləcə, üçlükdə yaşamağa başladıq", - 27 yaşlı Lindsey Şopf söyləyib.
Terrinin sözlərinə görə, xanımlarının ikisini də çox sevir.

Milli.Az