DİN bu şəxslərlə bağlı vətəndaşlara müraciət etdi - Foto
    • 29-06-2019, 16:30
    • 831

DİN bu şəxslərlə bağlı vətəndaşlara müraciət etdi - Foto

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini H. Həsənli rayon ərazisindəki parkların birində ona yaxınlaşan şəxslərin mobil telefonunu almalarını, geri istədikdə isə bıçaqla hədələyərək aradan çıxdıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Araşdırma zamanı onların Bakı şəhər sakinləri M. Qasımov, H. Qurbanov, S. Məmmədov və N. Məmmədov olduqları müəyyən edilib.

Onların digər cinayət əməlləri də istisna edilmir. Bu şəxslərin əməllərindən zərər çəkən digər şəxslər də varsa, bu barədə DİN-in “102-Zəng Mərkəzi”nə, Səbail RPİ-yə və  9-cu Polis Bölməsinə müraciət edə bilərlər.