22 yaşlı türk tələbənin yataqxanadan meyiti tapıldı - FOTO
    • 11-11-2024, 16:35
    • 255

22 yaşlı türk tələbənin yataqxanadan meyiti tapıldı - FOTO

Türkiyədə 22 yaşlı tələbənin meyiti qaldığı yataqxananın bağında tapılıb.

News24.az Milli.Az-a istinadən xəbər verir ki, Malatyada universitet yataqxanasının bağında 22 yaşlı tələbə Hatice Tunçun meyiti tapılıb.

Hadisə ilə bağlı gənc qızın atası "Qızım ölməzdən əvvəl axşam saat 22:00 radələrində zəng etdi və 20 dəqiqə danışdıq. Heç bir problemi olmadığını dedi və Hataydan kofe istədi, imtahan həftəsi idi, zarafatlaşırdıq " sözlərini deyib.

Ölüm səbəbinin dəqiq müəyyən edilməsi üçün məhkəmə tibbi ekspertizasının rəyini gözləyir.

Gənc qızın cənazəsi ailəsi tərəfindən Hatayın Yayladağı mahalına gətirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.